Infoteka.az
Sosial

İran Məhsa Əmininin ölüm səbəbini açıqlayıb

“Məhsa Əmininin ölüm səbəbi beyin hipoksiyasıdır. O, səkkiz yaşında beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib”.

İran mətbuatı ölkənin rəsmi səhiyyə qurumuna istinadən xəbər verir ki, bu barədə Məhsa Əmininin meyitinin tibbi ekspertiza nəticəsində qeyd olunub.

Ekspertizanın gəldiyi nəticəyə görə, Məhsa Əmininin əvvəl ürək ritmi pozulub və qan təzyiqi enib:

“İlk kritik dəqiqələrdə səmərəsiz ürək-tənəffüs reanimasiyası nəticəsində beyni zədələnib. Xəstəxanaya köçürülməsinə və xəstəxananın tibb işçilərinin səylərinə baxmayaraq, xəstə çoxsaylı orqan çatışmazlığından dünyasını dəyişib”.

Xatırladaq ki, Məhsa Əmininin ölümü İranda etirazlara və bəzi şəhərlərdə iğtişaşlara səbəb olub.

Mənbə: IRNA

Infoteka.az