Tükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə telefonla danışıb.
İnfoteka.az xəbər verir ki, Türkiyə Kommunikasiyalar Xidmətindən verilən məlumata görə, görüşdə Türkiyə-Rusiya münasibətlərini yaxşılaşdıracaq məsələlər, həmçinin Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib. Prezident Ərdoğan görüş zamanı Ukrayna məsələsinin hamının xeyrinə sülh yolu ilə həlli üçün əllərindən gələni etməyə hazır olduqlarını bir daha vurğulayıb.