Infoteka.az
Siyasət

Ordu xalqın bir hissəsidir

Hər bir xalq öz müstəqilliyini, suverenliyini və milli azadlığını qoruyub-saxlaması üçün güclü orduya sahib olmalıdır. Güclü və etibarlı ordu dövlətin müstəqilliyinin təminatçısı olmaqla yanaşı, eyni zamanda möhkəm və daimi sülh üçün də vacibdir. Mustəqil dövlətin atributlarından biri olan ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin güclü və qüdrətli olmasını təmin edir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir.

Əlbəttə, hər böyük abidənin ilk təməl daşı olur. İlk dəfə 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Respublikası oldu. Bu xalq cümhuriyyətinin əsas işlərindən biri də milli ordumuzun yaradılması oldu. Əlahiddəki hərbi koruusun Azərbaycan ordusu adlandırılması ilə Azərbaycan ordusunun əsası qoyuldu. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun çəkmədi. Milli ordumuzun yaradılması prosesi dayandırıldı. Vulkan yatdı və yenidən alovlanmaq üçün közərən ocağın qığılcımları yenidən alovlanlandıracaq Vətən oğlunun yolunu gözləməyə başladı.

1969-cu ildə Azərbaycanın rəhbərliyinə gələn Heydər Əliyevin müstəsna xidmətlərindən biri də ordu quruculuğu idi. Milli ordunun yaradılması Azərbaycanın milli zabit kadrlarının yaradılması prosesi oldu. Məhz onun təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Bununla da Azərbaycanda zabit kadrlarının yaradılması uğrunda ilk toxumlar səpildi. Cənab Prezident bu toxumların bir çinar ağacı kimi böyüyərək vətənimizi qoruyacağı layihəsini illər öncədən öz cızmışdı. İstər Cəmsid Naxçıvanski adına hərbi liseydə, istərsə də sovet dövründə azərbaycanlı gənclərin hərbi işə cəlb edilməsi hansı tarixi əhəmiyyətə malik olunduğu 20-ci əsrin sonlarında əyani şəkildə aydın oldu.

1991-ci ildə Azərbaycan Respublikası müstəqil oldu. Keçmiş Ali Sovet Azərbaycan silahlı qüvvələrinin yaradılması haqqında qərar qəbul etsə də bu elə ilk günlərdən ciddi qüsurlarla üzləşdi. Ordumuzun yaradılması yalnız kağız üzərində qaldı. Ölkədəki özbaşnalıq, hərc-mərclik ölkəmizi qaranlığa doğru sürükləyirdi. Belə bir şəraitdə Azərbaycan xalqının xilaskar oğlu Bakıya gəldi. Onun təşəbbüsü ilə 1994-cü il  12 may tarixində sülh müqaviləsi bağlandı və bu sülhlə ordumuzun yaradılması prosesi daha da sürətlədi. Maddi- texniki təhcizatın  yaxşılaşdırılmasına və döyüş həcmini yüksəldilməsinə başlanıldı. Heydər Əliyev xalqın rifahını istəməyənlərə qarşı tək çarpışırdı. Lakin onu sevən xalq onun arxasına birləşdi. Arxası xalq olanın kürəyi yerə gəlməz.

Var olsun Azərbaycan ordusu! Yaşasın Ulu Öndər Heydər Əliyevin davamçısı cənab Ali Baş Komandan İlham Əliyev!
 

Dadaş Baba-zadə

89 nömrəli tam orta məktəbin direktoru

Infoteka.az