Infoteka.az
Siyasət

Çavuşoğlu İsrailin xarici işlər naziri ilə telefonla danışıb

Türkiyəin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün İsrailin xarici işlər naziri Eli Kohen ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı Məscidül-Əqsa ətrafında baş verən son hadisələr müzakirə edilib.

Nazir Çavuşoğlu Türkiyənin İsrail hökumətinin Ramazan ayının sonuna qədər müsəlmanlardan başqa heç kəsin əl-Əqsa məscidinə buraxılmaması qərarını gərginliyin azaldılması baxımından müsbət qiymətləndirdiyini ifadə edib.

O, əl-Əqsa məscidində təxribatların təkrarlanmamalı olduğunu vurğulayıb. Diplomat Türkiyənin gərginliyin azaldılması üçün hər cür töhfə verəcəyini də bəyan edib.

Infoteka.az