ABŞ Rusiya nümayəndə heyətinə BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasına gəlmək üçün viza verməyib.
Bu barədə CNN məlumat yayıb.
Məlumata əsasən, Rusiya XİN rəhbəri Sergey Lavrov bu ay BMT TŞ iclasında iştirak etməlidir, lakin ABŞ hələ ki, ona aparacaq xüsusi təyyarənin ölkəyə girişinə icazə verməyib.
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov rəsmi Vaşinqtonu Rusiya nümayəndə heyətinə vizaların verilməsini gecikdirməməyə çağırıb.
Səfir onu da bildirib ki, iclasa bir neçə gün qalsa da, hələlik dəqiq məlumat yoxdur.