Infoteka.az
Sosial

Ramazan ayının 23-cü gününün imsak, iftar və namaz vaxtları - FOTO-VİDEO

Sabah Ramazan ayının iyirmi üçüncü günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 14-nə imsak vaxtı saat 04:35-də, iftar vaxtı isə 19:32-dir. 

Aprelin 14-ü üçün namaz vaxtları:

Sübh azanı 04:40
Zöhr azanı 12:41
Əsr azanı 17:22
Məğrib azanı 19:32
İşa azanı 20:37

İyirmi üçüncü günün imsak vaxtı üçün duasını təqdim edirik:

Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin.

Tərcüməsi: İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xilas et! Ey günahkarların xətasına göz yuman Allah.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul eləsin!

Ramazan ayının 23-cü gününün imsak, iftar və namaz vaxtları - FOTO-VİDEO
Ramazan ayının 23-cü gününün imsak, iftar və namaz vaxtları - FOTO-VİDEO
Infoteka.az