Bu barədə Türkiyə Prezidentinin rəsmi saytı məlumat yayıb. Bildirilir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Konyaaltıda TOGG sərgi sahəsinə səfəri zamanı deyib. Türkmənistan Türkiyədən ağ rəngli TOGG elektrik avtomobilləri göndərməsini istəyib.
Çavuşoğlunun sözlərinə görə, o, ağ rəngli avtomobillər istəyən Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla telefonla danışıb. “Dedim ki, əlimizdə qırmızı maşınlarımız var, ehtiyacınız varsa, onları indi göndərə bilərik. Ağlar bir aya hazır olacaq, sonra onları sizə göndərərik”, – deyə nazir bildirib. Türkmənistan ağ elektrik avtomobilləri gözləməyə hazır olduğunu bildirib, çünki ölkədə ağ rəngə tələbat çoxdur