Infoteka.az
Siyasət

Çavuşoğlu: "Azərbaycan başda olmaqla, qardaş ölkələrlə münasibətlərin dərinləşdirilməsi xüsusi önəm daşıyır"

Türkiyənin türk dünyasının birləşməsində rolu hər kəs tərəfindən təqdirlə qarşılanır.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Türk” kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, bu məsələ ilə bağlı, Azərbaycan başda olmaqla, qardaş ölkələrlə münasibətlərin dərinləşdirilməsi xüsusi önəm daşıyır.

Çavuşoğlu həmçinin, ölkəsinin Rusiya-Ukrayna müharibəsində tərəf tutmamasını da xatırladatraq, xarici siyasətin uğurla həyata keçirildiyini vurğulayıb.

Infoteka.az