Prezident Rəcəb Tayyib Ərdoğan Ramazan bayramında Qaziantep şəhərində Nurdağı və Kahramanmaraşda Türkoğlunda ilk kənd evlərini təhvil verəcəklərini bildirib.
Ərdoğan Prezident İqamətgahında fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra bölgəyə köməyə gedən bələdiyyələr, axtarış-xilasetmə qrupları və zəlzələdən zərərçəkənlərlə iftar proqramında görüşüb.
Zəlzələ bölgəsində çadır, konteyner və prefabrik evlər tikdiklərini xatırladan Ərdoğan millətin ilk andan bütün imkanları və bütün dövlət qurumları ilə zəlzələ bölgəsində olduğunu deyib.
Dağıntıların təmizlənməsi işlərinin intensiv şəkildə davam etdiyini ifadə edən Ərdoğan daimi yaşayış evlərinin tikintisinin də fəal şəkildə davam etdiyini və bir il ərzində onları tamamlayacaqlarını qeyd edib.