Infoteka.az
Texnologiya

Süni intellekt diktorları artıq Misir, Qətər və Küveyt ekranlarında

İnkişaf etməkdə olan süni intellekt texnologiyası bir çox peşələrin gələcəyinə təsiretmə potensialına malik olsa da, bu texnologiya ilə yaradılan diktorlar Misir, Qətər və Küveytdə artıq ekranlara çıxmağa başlayıb.

Küveytdə təqdim edilən "Fidda" (Gümüş) adlı xəbər aparıcısı ilk dəfə 13 saniyəlik təqdimatla ingilisdilli "Kuwait Times" qəzeti saytında yer alıb.

Ərəbcə "Mən Fiddayam, süni intellektlə işləyən “Kuwait Times” media qurumunun ilk aparıcısı" girişi ilə özünü təqdim edən virtual diktor daha sonra "Fiddanın sizə hansı xəbərləri təqdim etməsini istəyirsiniz?" sualı ilə saytın izləyicilərini sorğuda iştiraka dəvət edib.

Misirdə isı "Kahire 24" xəbər saytı fevralın 22-də süni intellektlə işləyən ilk xəbər bülleteni yaymışdı. Bülletenin virtual diktoru Ani özünü “Yaxın Şərqdə medianın inkişafı və irəliləyişi layihəsi çərçivəsində süni intellektlə xəbərlər təqdim edən ilk aparıcı” olaraq təqdim etmişdi.

“Kahire 24” Xəbər saytının səlahiyyətliləri texnologiyadakı prosesləri yayımlarında verməyə davam edəcəklərini və gün ərzində xəbər məzmununu süni intellektlə ötürməyə çalışacaqlarını bildiriblər.

Martın 13-də isə Qətərin paytaxtı Dohada keçirilən Əlcəzirə İlk Süni İntellekt Konfransı çərçivəsində nəhəng ekrana çıxan virtual diktor İbtikar özünü “Əlcəzirə Media İnstitutu kimliyinin nümayəndəsi” elan edib.

İbtikarın Əlcəzirənin tanınmış aparıcılarından Rava Oje (Rawa Auger) ilə tanıtım bölməsindəki müvəffəqiyyətinin ekranda nitq böhranına da həll yolu ola biləcəyi deyilir.

Qətərdə daha bir virtual diktor Nura isə martın 10-da Əlcəzirənin “Hastag” proqramında tamaşaçıların qarşısına çıxıb. O, proqramda Massaçusets Texnologiya İnstitutundan süni intellekt mütəxəssisi Talib əl-Aşkarla müsahibə aparıb.

Infoteka.az