Hadisə Belfast-Faro reysində baş verib.
Təyyarənin yeganə sərnişini Pol Uilkinson uçuşu qeyri-real adlandırıb.
Onun sözlərinə görə, əvvəlcə girişdə heç bir adamın olmadığına görə təəccüblənib.
Sərnişini qarşılayan stüardessalar 65 yaşlı sərnişinə ucuz bilet almağına baxmayaraq, təsadüfən boş təyyarəyə mindiyi üçün onun VİP persona olduğunu deyiblər.
Stüardessalar Uilkinsonu uçuş boyu “kral” adlandıraraq, onun bütün xahişlərini yerinə yetirməyə çalışıblar.
“Bu, şəxsi təyyarəmdə uçmaq kimi idi. Biri mənə demişdi ki, şəxsi təyyarənin qiyməti təxminən 28 000 funt sterlinqdir. Güman edirəm ki, bu, bir daha mənim başıma gəlməyəcək”, - deyə Uilkinson təəssüratını bölüşüb.
Sərnişin təyyarədə gəzə bildiyini, xoşuna gələn yeri seçdiyini və hətta uçuşdan əvvəl pilotla söhbət etdiyini vurğulayıb.