Infoteka.az
Dünya

Almaniyada hakim koalisiyanın partiyaları marixuananın qismən leqallaşdırılması ilə bağlı razılığa gəlib

Almaniya Sosial Demokrat Partiyasından (SPD) səhiyyə naziri Karl Lauterbax və Yaşıllar Partiyasından Kənd Təsərrüfatı naziri Cem Özdemir marixuana saxlamağı qanuniləşdirmək üçün iki qanun layihəsi təqdim ediblər.

Eyni zamanda, çətənənin xüsusi mağazalarda sərbəst satışına icazə verilməyəcək.

Məlumata görə, qanun layihəsi şəxsi istehlak üçün 25 qrama qədər marixuana saxlamağa, həmçinin evdə maksimum üç bitki kolu yetişdirməyə icazəni nəzərdə tutur.

Bundan əlavə, Almaniyada marixuana klubları yaradılacaq ki, onlara bitki yetişdirməyə və paylamağa icazə veriləcək (klubun üzvlərinin sayı 500 nəfərlə məhdudlaşdırılacaq).

Qeyd edək ki, ilk qanun layihəsi apreldə Bundestaqın müzakirəsinə təqdim olunacaq.

Müxalif mühafizəkar blokunun nümayəndələri artıq koalisiyanın planlarını tənqid edib.

Infoteka.az