Şimali Koreya, bugünə qədərki "ən güclü" raketi olan yeni bir qatı yanacaqlı qitələrarası ballistik raketi test etdi. Qatı yanacaqlı raketlər digərlərinə nisbətən daha tez alışır və buda maneələrdən qaçmağa imkan verir.
Test uçuşunu qızı, həyat yoldaşı və bacısı ilə izləyən Şimali Koreya lideri Kim Jong Un bu hadisənin rəqibləri tərəfindən hədsiz qorxu və həyəcanla qarşılanacağını bildirdi.
Cənubi Koreyanın Müdafiə naziri bu texnologiyanın yeni olmadığını və bu sahədə atılan orta dərəcəli bir addım olduğunu söylədi.
Novruz Əhmədzadə