Infoteka.az
Dünya

Lavrov: Rusiyanın tərəfdaşlarına təzyiq göstərən Qərbin həyasızlığı həddini aşır

Rusiyanın tərəfdaşlarına təzyiq göstərən, onları Moskva ilə əməkdaşlıqdan imtina etməyə məcbur edən Qərbin həyasızlığı bütün sərhədləri aşır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib.

“Qərb nümayəndələrinin həyasızlığı, Avropa İttifaqının nümayəndələri ilə yanaşı, amerikalılar da buraya daxildir, hansılar ki, sanksiyalar probleminə cavabdehdirlər. Bu həyasızlıq, əlbəttə ki, bütün hədləri aşır və bu cür təzyiqlərə, təhdidlərə məruz qalan ölkələrin sərbəstliyinə, müstəqilliyinə tam hörmətsizlik kimi qəbul edilir”, deyə Rusiya XİN başçısı qeyd edib.

Infoteka.az