Rusiya Federasiyası Pentaqondan sızma ilə bağlı məlumatlara şübhə ilə yanaşır.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, ölkəsinin Pentaqondan sızma ilə bağlı məlumatlara şübhə ilə yanaşdığını, lakin bu məlumatların diqqətlə öyrəniləcəyini söyləyib.
"Kreml Pentaqonun məlumat sızması ilə bağlı mətbuatda yayılan xəbərlərlə tanışdır, lakin onları öyrənmək xüsusi xidmət orqanlarının səlahiyyətindədir", deyə Putinin sözçüsü əlavə edib.