Rusiya, Qazaxıstan və Özbəkistan “üçlü qaz ittifaqı” layihəsinin müzakirəsində irəliləyiblər.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistana səfirinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
“Üç ölkə - Rusiya, Özbəkistan və Qazaxıstan, o cümlədən prezidentlər səviyyəsində enerji təhlükəsizliyini tamamilə gücləndirəcək bu irimiqyaslı layihənin müzakirəsində fəal irəliləyişə nail olublar. Bu layihədə mənfəət hamı üçün olacaq, çünki qaz tədarükçüləri var, bu qazla maraqlananlar var. Tərəflər həm tranzit şərtləri, həm də qiymət şərtləri ilə razılaşanda, hər kəs hər şeydən razıdırsa, o zaman hamı udur", - deyə Lavrov vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın sonunda Kremldə keçirilən görüşdə Özbəkistanın iştirakı ilə Rusiya qazının Qazaxıstan və Özbəkistan ərazisindən nəqli zamanı fəaliyyəti koordinasiya etmək üçün “üçlü qaz ittifaqı”nın yaradılmasını müzakirə ediblər.