Infoteka.az
Dünya

Belarus nüvə silahları ilə işləyən raket bölmələrinin təlimlərini gələn həftə başa çatdırmağı planlaşdırır

Belarus Silahlı Qüvvələri taktiki nüvə silahları ilə işləyən raket bölmələrinin təlimlərini gələn həftə başa çatdırmağı planlaşdırır.

Bu barədə Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin bildirib.

Nazir qeyd edib ki, Belarus həmçinin strateji nüvə silahlarının yerləşdirilməsi üçün mümkün olan əraziləri hazırlayır.

“Biz nüvə silahı daşıya bilən hərbi texnika, təyyarələr hazırlamışıq, müasir “İsgəndər” kompleksi əldə etmişik və bu kompleks nüvə başlıqları olan raketlərdən istifadə etmək qabiliyyətinə malikdir. Lazım gələrsə, bizim strateji nüvə silahlarımız da olacaq”, - Xrenin əlavə edib.

Infoteka.az