Şampinyonlar praktik olaraq həzm prosesində sovrulmayan göbələk lifləri ilə zəngindir. Bu göbələk lifləri süngər kimi fəaliyyət göstərərək zərərli olan hər şeyi özünə çəkir.
Şampinyonun lifi yoğun bağırsaqla irəliləyərək, böyük miqdarda zəhərli maddələri özünə hopdurur və daha sonra xaricə çıxarır.
Diyetoloq əlavə edib ki, şampinyondan istifadə bağırsağın peristaltikası üçün də faydalıdır. Əlavə olaraq onların lifi “yaxşı” bağırsaq bakteriyaları (xüsusilə bifidobakteriayalar, laktobakteriyalar) üçün qida mənbəyi rolunu oynayır. Bunun sayəsində immun sisteminin aktiv fəaliyyəti, orqanizmin infeksiyalardan effektli müdafiəsi, depressiyalı vəziyyətin profilaktikası və beyin xəstəlikləri ilə sıx bağlı olan bağırsaq mikroflorasının ümumi vəziyyəti yaxşılaşır.