Zavod istehsalı olan bitki yağlarının 1 litrini 6-7 manata ala bildiyimiz halda, soyuq sıxılma ilə əldə edilən günəbaxan yağı üçün 14-15 manatımızdan keçməliyik. Qiyməti iki dəfə baha olsa da, soyuq sıxım bitki yağlarına maraq ildən-ilə artır. Daha çox orta yaşlı nəslin bu yağlara maraq göstərdiyi bildirilir.
İki cür bitki yağı var. Soyuq və qaynar sıxılma ilə əldə edilənlər. Seçimimiz birincidirsə, ikiqat çox pul ödəməliyik. Zavod istehsalı olan bitki yağlarının 1 litrini 6-7 manata ala bildiyimiz halda, soyuq sıxılma ilə əldə edilən günəbaxan yağı üçün 14-15 manatımızdan keçməliyik. Qarğıdalı, zeytun və başqa yağlar da həmçinin. Bəs qiymətlər arasında minimum ikiqat fərq yaradan nədir?
Soyuq sıxılma ilə əldə edilən yağın daha faydalı olduğu bildirilir. Hətta yemək bişirmək üçün də bu yağı istifadə edənlər var. Ancaq “o yağlar yemək bişirmək üçün deyil” fikirlərinə də çox rast gəlirik.