Infoteka.az
Sosial

"Narkomaniyaya yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilmişdir

Astara rayon Polis şöbəsinin və Astara rayon Mərkəzi kitabxananın Uşaq şöbəsinin birgə təşkilatçılığı ilə Mərkəzi kitabxananın Oxu zalında "Narkomaniyaya yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Astara rayon Polis şöbəsinin rəis müavini,polis polkovniki Amil Seyfullayev,Astara rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Bəsti Əliyeva,Astara rayon Mərkəzi Xəstəxananın narkoloji dispanserinin həkimi Fuad Səmədov,Astara rayon Polis şöbəsinin  yeniyetmələr və uşaq işləri üzrə inspektoru polis  leytenantı  İxtiyar Arizzadə,Astara şəhər Ş.Qasımov adına 4 saylı orta məktəb,Astara rayon S.Nəsirov adına Seləkəran kənd orta məktəb və Astara şəhər A.Hüseynov adına Suparibağ kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak etmişdilər.

Tədbiri giriş sözü ilə açan rayon Polis şöbəsinin rəis müavini, polis polkovniki Amil Seyfullayev narkomaniyanın səbəb olduğu ağır fəsadlardan,narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən danışmışdır.O, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını,narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilməsini bildirmişdir.

Çıxışlarda narkomaniyanın fəsadları,narkotik aludəçilərinin müalicə proseduru,onların yenidən cəmiyyətə inteqrasiyası,normal həyat tərzinə qayıtması üçün görüləsi vacib olan işlərdən söhbət açılmış, yeniyetmə və gənclərlə təşkil edilən bu cür  görüşləri əhəmiyyəti yüksək dəyərləndirilmişdir.

Tədbirdə "Narkomaniyaya yox deyək" adlı maarifləndirici videoçarx izlənilmişdir.

Sonda mövzu ilə əlaqədar sərgiyə baxış keçirilmişdir.

"Narkomaniyaya yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilmişdir
Infoteka.az