Talia Cohen Solal adlı həkim genetika və xəstə məlumatlarını birləşdirərək xəstəyə uyğun dərman təyin edə bilən süni intellekt proqramını ixtira edib. 2018-ci ildə qurulan şirkət xəstələrdə dərmanların əks təsirlərini aradan qaldırmaq üçün bu texnologiyanı yaradıb.
Xəstənin keçmiş məlumatları və genetik analizləri süni intellektə ötürülür və nəticədə süni intellekt xəstə üçün ən uyğun dərmanı və dozanı təyin edir. Gələcəkdə bu texnologiyanın daha da inkişaf edəcəyi gözlənilir.
Novruz Əhmədzadə