Infoteka.az
Siyasət

Azərbaycan XİN Başlıbel qətliamı ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Başlıbel qətliamının 30-cu ildönümü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və nifrət siyasətinin növbəti təzahürü olan Başlıbel qətliamının 30-cu ildönümündə 21 qurbanın xatirəsini yad edir və regionda davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmasının vacibliyini bir daha bildiririk”.

Infoteka.az