Bu ilin yanvar-mart aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 070 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5% artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 31,6%, neft koksunun istehsalı 17,8%, avtomobil benzininin istehsalı 6,2%, qazoylların (dizel yanacağının) istehsalı 5,2% artıb.
Məlumata görə, yanvar-mart aylarında ölkədə ağ neft istehsalı 2,3%, neft bitumu istehsalı 44,9%, faiz, mazut istehsalı isə 91% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri |
2023-cü il, yanvar-mart |
İllik müqayisə, % |
Avtomobil benzini, min ton |
349,5 |
106,2 |
Ağ neft, min ton |
136,5 |
97,7 |
Dizel yanacağı, min ton |
556,5 |
105,2 |
Yanacaq mazutu, min ton |
3,1 |
9,0 |
Sürtkü yağları, min ton |
15,4 |
131,6 |
Maye qazlar |
70,8 |
99,2 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
276,3 |
86,0 |
ondan: |
|
|
Neft bitumu, min ton |
39,6 |
55,1 |
Neft koksu, min ton |
64,1 |
117,8 |