“Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu karyerasını MLS-də (ABŞ) çıxış edən “İnter Mayami”də davam etdirə bilər.
İnfoteka.az xəbər verir ki, bu barədə insayder Pedro Almeyda tviterdə yazıb.
Mənbənin məlumatına görə, komandanın sahibi və İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem 2023-cü ilin qış transfer pəncərəsində Amerika komandasına keçə biləcəyi ehtimalı barədə Ronaldu ilə artıq danışıqlar aparıb.
33 turdan sonra “İnter Mayami” MLS Şərq Konfransının turnir cədvəlində beşinci yerdədir.
Qeyd edək ki, 37 yaşlı hücumçu 2021-ci ildən “Mançester Yunayted”də çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ilə qədərdir. Cari mövsümdə bütün turnirlərdə doqquz matçda portuqaliyalı bir qol vurub və bir məhsuldar ötürmə edib.