Infoteka.az
Texnologiya

Robotlar 10 il ərzində ev işlərinin 39 faizini yerinə yetirəcək

Robotlar 10 il ərzində ev işlərinin 39 faizini yerinə yetirəcək.

İngiltərənin Oksford Universiteti ilə Yaponiyanın Ochanomizu Universitetinin tədqiqatçılarının apardığı araşdırmalara görə, rootlar 10 il ərzində  ev işlərinin 39%-ni yerinə yetirəcək.

Mütəxəssislər avtomatlaşdırmadan ən çox təsirlənəcək işin alış-verişi olacağını proqnozlaşdırır.

İngiltərənin Oksford Universiteti və Yaponiyanın Oçanomizu  Universitetinin tədqiqatçıları 65 süni intellekt (AI) mütəxəssisindən ev işlərində avtomatlaşdırmanın gücünün 10 ildən sonra necə formalaşacağına dair məlumat istəyib.Tədqiqatda İngiltərədən 29 və Yaponiyadan isə 36 süni intellekt üzrə mütəxəssislər iştirak ediblər.

''PLOS One'' jurnalında yayımlanan  araşdırmada mütəxəssislər avtomatlaşdırmadan ən çox təsirlənəcək işin alış-verişi olacağını proqnozlaşdırıblar.

Gənc və yaşlı insanların qayğısına qalmaq süni intellekt texnologiyalarından ən az təsirlənəcək işlərdir.

Alış-verişə sərf olunan vaxt 60 faiz azalacaq.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, britaniyalı kişi mütəxəssislər qadın həmkarlarına nisbətən ev işlərində avtomatlaşdırmaya daha çox meyllidirlər, Yaponiyada isə bunun əksi yaşanır.

Lakin mütəxəssislərin avtomatlaşdırmanın edə biləcəyini düşündüyü vəzifələr müxtəlifdir.

Oksford Universitetinin tədqiqatçısı Lulu Şi deyib: " Uşaqlara təhsil vermək, onlarla maraqlanmaq kimi işlər daxil olmaqla baxıcılıq xidmətinin yalnız 28 faizinin avtomatlaşdırılacağı güman edilir''.

Digər tərəfdən, mütəxəssislər texnologiyanın ərzaq alış-verişinə sərf olunan vaxtı 60 faiz azaldacağı qənaətindədir.

Lakin robotların insanları on il ərzində  ev işlərindən azad edəcəyi ilə bağlı proqnozlar yeni deyil.

İngiltərədə kişilərin təxminən yarısı işləyən qadınlar qədər ev işləri görür. Yaponiyadakı kişilər İngiltərə ilə müqayisədə ev işlərini daha az görür.

Oksford Universitetində süni intellekt və cəmiyyət sahəsində çalışan və eyni zamanda tədqiqatın müəlliflərindən biri olan Yekaterina Hertoq ev işlərinin qadınların üzərinə düşən qeyri-mütənasib yükünün onların əldə etdiyi qazanca və pensiya dövrünə mənfi təsir etdiyini bildirir.

Buna görə də tədqiqatçılar avtomatlaşdırmanın artırılmasının gender bərabərliyinə gətirib çıxara biləcəyini vurğulayır.

Infoteka.az