Infoteka.az
Sosial

Ramazan bayramı ilə əlaqədar Bakı metrosunda iş rejimi dəyişdirilir

Ramazan bayramı ilə əlaqədar Bakı metropoliteninin iş rejiminə dəyişiklik ediləcək.

Əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunacaq.

Qatarların hərəkəti “Həzi Aslanov-28 May” sahəsində aprelin 21-də 2,5 dəqiqə, ayın 22-dən 24-dək 3 dəqiqə intervalla tənzimlənəcək. “28 May” stansiyasında Qırmızı və Yaşıl xətlər birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində qatarların hərəkət intervalı iki dəfə çox olacaq. Sərnişin axınının tənzimlənməsi məqsədilə zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq.

“Bakmil” istiqamətinə və əks istiqamətdə qatarların hərəkət cədvəli aprelin 21-də şənbə günü qrafikinə, ayın 22-24-də isə bazar günü qrafikinə uyğun olacaq.

Infoteka.az