“Uniqlo fanny” çantaları 2023-cü ilin ən məşhur qarderob əşyalarından biri seçilib.
Moda sənayesində bu ilin ikinci rübündə dəbdə olacaq geyim, ayaqqabı və aksessuarların adları açıqlanıb.
Məlumata görə, birinci yeri “Uniqlo” brendinin bel çantası, ikinci yeri “Kriester” modelinin “Rick Owens” eynəkləri, üçüncü yeri isə Kim Kardaşyana məxsus “Skims” markasının “body”ləri tutub.
İlk beşliyi tamamlayan “Astro Boy Boots” rezin çəkmələri və “Diesel maxi” uzunluqlu cins yubka olub.
Bundan əlavə, “Bottega Venetanın Drop” sırğaları, “Adidas Gazelle” idman ayaqqabıları, “Weekday” brendinə məxsus cins şalvar, “Alaia” şirkətinin ürək formalı çantası və “Solomon” və “Maison Margiela” idman ayaqqabıları ən müasir qarderob əşyalarının ilk onluğuna daxil olub.