Infoteka.az
Hadisə

İtaliya polisi məşhur “Gucci” Moda Evində axtarış apardı

İtaliyanın Milan şəhərində hüquq-mühafizə orqanları məşhur “Gucci” Moda Evinin binasında axtarış aparıblar.

Bu barədə “Gucci” Moda Evinin Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, axtarışlar Avropa Komissiyasının (AK) İtaliya vergi polisi və AK  agentlərinin iştirakı ilə apardığı antiinhisar araşdırması çərçivəsində baş tutub.

“Avropa İttifaqının antiinhisar qaydalarına uyğun olaraq və moda sahəsində ilkin araşdırmaların bir hissəsi kimi Avropa Komissiyası “Kering”in törəmə şirkəti olan “Gucci”nin İtaliyadakı binalarında 18 aprel 2023-cü il tarixindən yoxlamalara başlayıb”, - deyə holdinqin Mətbuat Xidmətindən bildirilib.

Infoteka.az