Infoteka.az
Dünya

Latviyada 9 May Qələbə Gününün qeyd edilməsi qadağan olundu

Aprelin 20-də Latviya Seymi təcili olaraq iki oxunuşda “Mayın 9-da bəzi kütləvi tədbirlərin qadağan edilməsi haqqında” qanunu qəbul edib.

Artıq ölkədə mayın 9-da Avropa Günü ilə bağlı olanlar istisna, hər hansı ictimai tədbirlər qadağandır.

Əvvəllər Seymin bu il mayın 9-nun Ukrayna müharibəsində həlak olan və yaralananların anım günü elan edilməsinə dair qərar qəbul edəcəyi güman edilirdi. Bununla belə, məsələ ilə bağlı İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Komissiyası alternativ layihə hazırlayıb və məhz həmin sənəd qəbul edilib.

Qərarın Ukrayna xalqı ilə həmrəylik əlaməti olaraq qəbul olunduğu bildirilib.

Infoteka.az