“Air Moldova” aprelin 21-dən 25-dək planlaşdırılan bütün uçuşları ləğv edib. Şirkət ləğv edilmiş biletlərin pulunu geri qaytaracağını vəd edib.
“Təəssüflə qeyd edirik ki, “Air Moldova” komandasının hazırda şirkətin düşdüyü vəziyyəti idarə etmək üçün göstərdiyi bütün səylər və tədbirlər nəticə verməyib. Hazırda ölkədə mülki aviasiya sahəsində misli görünməmiş vəziyyət yaranıb. “Air Moldova” komandası bu kritik dövrdə öhdəliklərini yerinə yetirə bilmədiyinə görə üzr istəyir”, – deyə “Air Moldova”nın açıqlamasında bildirilib.
Şşirkət əməkdaşları hava yollarını xilas etmək üçün səlahiyyətlilərdən təcili müdaxilə tələb ediblər. Onlar ölkə prezidentinə ünvanlanmış petisiya imzalayıb və orada dərin maliyyə böhranı barədə məlumat veriblər.