Portuqaliya Ukraynaya beş tibbi zirehli maşın vermək qərarına gəlib.
Bu barədə Portuqaliyanın milli müdafiə naziri Helena Karreyras “Twitter“ səhifəsində yazıb.
Bu qərar “Ramştayn” formatında keçirilən görüşdə qəbul edilib.
"Portuqaliya Ukraynaya beş zirehli tibbi maşın göndərəcək - üç M113 növlü və iki M577 növlü", - Karreyras yazıb.
Aprelin 21-də Almaniyada dünyanın 50-dən çox dövlətinin iştirak etdiyi “silah koalisiyası” çərçivəsində Ukraynanın tərəfdaş ölkələrinin yeni toplantısı keçirilib. Tərəfdaşlar gələcək tədarüklər üçün əsas prioritet kimi hava hücumundan müdafiə sistemlərini qeyd ediblər.
Pentaqonun rəhbəri Lloyd Ostin əmindir ki, bir neçə aydan sonra ukraynalı müdafiəçilər “döyüş meydanında üstünlük əldə edəcəklər”.