Peruda 5,3 bal gücündə zəlzələ olub.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildrilib ki, yeraltı təkanların episentri təxminən 5700 nəfər əhalisi olan Barranka şəhərindən 80 kilometr cənub-qərbdə yerləşib.
Zəlzələnin ocağı yerin 35,7 km dərinliyində olub.
Tələfat və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.