Infoteka.az
Hadisə

Türkiyədə AK Partiyanın bürolarına silahlı hücum olub

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) bürolarına silahlı hücum olub.

Bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, İstanbulda yerli vaxtla 22:15 radələrində baş verən hadisədə ölən və ya yaralanan olmayıb.

Motosikletdə olan iki nəfərdən birinin seçki əlaqə bürosunun qarşısından keçərkən havaya 5 atəş açdığı, 4 güllənin isə binanın yuxarı mərtəbələrinə dəydiyi bildirilib.

Hadisə yerinə çox sayda polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Infoteka.az