Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə paylaşım edib.
Rəsmi ''Twitter'' səhifəsində paylaşım edən Rəcəb Tayyib Ərdoğan deyib: "Xalqımızı və İslam aləmini Ramazan bayramını münasibətilə təbrik edirəm. Bir daha zəlzələ və daşqınlar nəticəsində həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Ramazan bayramınız mübarək olsun''.