Infoteka.az
Sosial

Xankəndi-Laçın yolunda ekoaksiya 133 gündür davam edir

Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda ekoaksiya 133 gündür davam edir.

Keçən ilin dekabrın 12 də başlayan aksiya bu günə kimi ekoloji fəalların sayəsində aktiv olaraq davam etdirilir. Könüllülər və Qeyri-hökumət təşkilatları (QHT) nümayəndələri hər iki istiqamətdə avtomobil nəqliyyatı vasitələrinin hərəkətinə mane olmadan “Azərbaycan öz mineral sərvətlərinin sahibidir!”, “Ekoloji cinayətlərə son!” şüarları səsləndirirlər.

 

Muminat Şirinova

Infoteka.az