Infoteka.az
İqtisadiyyat

Qazaxıstan neftinin ilk partiyası Ceyhan limanından yola salınıb

“SOCAR Midstream Operations” MMC-nin məlumatına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilən Qazaxıstan neftinin ilk partiyası aprelin 22-də Türkiyənin Ceyhan limanından yola salınıb.
Alatau” tankerinə “Tengiz” yatağından hasil edilən 83,2 min ton (665 min barel) neft yüklənib.
Yükləmə mərasimində SOCAR, “KazMunayQaz”, “Tengizşevroil”,“Kazmortransflot” müəssisələrinin nümayəndə heyətləri iştirak ediblər.

 

Muminat Şirinova

Infoteka.az