Infoteka.az
Hərbi

Sülhməramlıların 22 texnikası Xankəndi-Laçın yolu ilə maneəsiz keçib

Hər iki istiqamət üzrə 22 nəqliyyat vasitəsi hərəkət edib.

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin keçməsi üçün növbəti dəfə şərait yaradılıb.

Etirazçılar humanitar məqsədlər üçün istifadə edilən avtomobillərin hərəkətinə mane olmurlar.

Qeyd edək ki, Xankəndi-Laçın yolunda Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı etiraz aksiyası 133 gündür davam edir.

 

Muminat Şirinova

Infoteka.az