Infoteka.az
Dünya

Ərdoğan:“Bir millət, bir bayraq” şüarı ilə hərəkət edəcəyik”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da baş vermiş Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra qurulan Baykar Konteyner Şəhərinə səfəri zamanı oradakı çıxışında deyib: “Hökumətimiz bir çox yaxşı və gözəl işlərə imza atıb. Silahlı və silahsız pilotsuz uçuş aparatları (İHA/SİHA) yaratdıq, dünyanın ilk SİHA gəmisi “TCG Anadolu”nu suya buraxdıq və pilotsuz döyüş təyyarəsi “Kızılelma”nı səmaya qaldırdıq. Bütün bu hadisələr ölkəyə güc qatır.

Müdafiə sənayesindəki hər bir inkişaf Türkiyənin milli texnologiya həmləsində atdığı yeni addımdır.

Türkiyənin 21 illik zəhmətinin məhsulu olan demokratiya və inkişaf qazanclarına əl uzatmalara göz yummayacaq, ölkənin və millətin gələcəyinin zəmanəti olan “Bir millət, bir bayraq” şüarı ilə hərəkət edəcək, bütün oyunların öhdəsindən gələcəyik.

Millətlə birlikdə terror təşkilatlarına qarşı böyük mübarizə aparırıq. Terrorçuların Cudi, Qabar və Tendürəkdəki mağaralarını basdıq. Bundan sonra da onları basmağa və basdırmağa davam edəcəyik".

Infoteka.az