İran Prezidenti İbrahim Rəisi Afrikaya səfər edəcək.
Bu barədə İran Xarici İşlər Nazirliyinin Afrika ölkələri üzrə İdarəsinin rəisi bildirib.
O bildirib ki, Prezident İbrahim Rəisi yaxın zamanlarda bir neçə Afrika ölkəsinə səfər edəcək.
“Bir neçə Afrika ölkəsinin prezidenti də Tehrana səfərə dəvət olunub və biz bu səfərlərin vaxtını dəqiqləşdiririk ”,- o qeyd edib.
O əlavə edib ki, bu il İran və Afrika arasında ticarət əlaqələrinin səviyyəsinin iki milyard dollardan çox artacağı proqnozlaşdırılır.