Dövlətimiz sürətli iqtisadi inkişaf yoluna qədəm qoyub. Artıq 2004 cü ildən bu istiqamətdə işlər aparılır. Regionların sosial iqtisadi inkişafı üçün qəbul olunan dövlət proqramları çərçivəsində görülmüş işlərlə yaxından tanış olmaq və tövsiyələr vermək məqsədi ilə Cənab Prezident İlham Əliyev Salyan və Neftçala rayonlarına səfər edib.
Əhalinin sosial və iqtisadi rifahının yaxşılaşdırılması üçün görülən işlərlə tanış olan Prezident Salyan rayon ASAN xidmət mərkəzinin açılışında iştirak edib. ASAN xidmət mərkəzlərində 300 dən çox sahə üzrə əhaliyə xidmət göstərilir. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan ASAN xidmət sahəsi xarici ölkələrdə böyük marağa səbəb olan bir sahədir və ASAN xidmət Azərbaycan məhsuludur.
Bununla yanaşı ölkəmizdə olimpiya idman kompleksləri, rayon xəstəxanaları, uşaq xəstəxanası doğum evi, məktəb və bağçalar əhalinin istifadəsinə yararlı vəziyyətə hazırlanıb təhvil verilib. Ölkəmizdə bütün təsərrüfat növləri kimi balıqçılıq təsərrüfatına da xüsusi diqqət göstərilir. Belə ki Prezident Neftçala səfəri zamanı Azərbaycan balıqçılıq təsərrüfatı müəssəsi və nəsli tükənməkdə olan balıq növlərinin yetişdirilməsi prosesi ilə yaxından tanış olub.
Cənab Prezident İlham Əliyev və xanımı Birinci Vitse Prezident Mehriban Xanım Əliyeva Salyan Rayon Mərkəzi xəstəxanası, Uşaq xəstəxanası, Doğum evi açılışında iştirak ediblər. Bütün bunlar bir daha sübut edir ki Cənab Prezident Azərbaycanın hər bir regionun iqtisadi -sosial inkişafına xüsusi diqqət ayırır.
Prezident müsahibəsində regionların sosial iqtisadi inkişafı barədə danışarkən Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzurda, Laçında aparılan quruculuq abadlıq işləri barədə də fikirlərini ifadə edib. Laçına artıq cari ilin dekabrınadək 500-dən çox sakinin köçürülməsi barədə tədbirlər görüldüyü haqqında bildirib.
Fərdi yaşayış evlərinin bərpası yaxud yenidən inşası, mənzillərin də yenidən bərpasını bildirən Cənab Prezident bu prosesin digər işğaldan azad olunan ərazilərimizdə də sürətlə davam etdirildiyini ifadə etdi. Məhz hal hazırkı dövrdə işlər planlı şəkildə davam etdirilir.
Lakin ermənistanda olan revanşist qüvvələr bayrağımızın çempionatda yandırılması ilə bir daha öz çirkin xislətlərini göstərmiş oldular. Buna görə də ordumuz hər zaman revanşist qüvvələrin hər cür məkrli, çirkin planlarına hazırlıqlı olmalıdır. Bu gün Azərbaycan ordusu 2020 ci ildəkindən qat-qat güclüdür. Həmçinin Prezident İlham Əliyev bu gün dünyada gedən siyasi prosesləri vurğulayarkən bildirib ki ölkəmiz istənilən iqtisadi, siyasi və hərbi böhranların gücləndiyi vaxtda dövlət büdcəmizin rekord həddə çatması üçün bir çox uğurlu layihələrə imza atır. İşğallardan azad olunan ərazilərdə infrastrukturun qurulması vətəndaşlarımızın ata baba yurdlarına köçüb rahat yaşaması üçün avtomobil yolları, dəmir yolları, elektrik enerjisi və su ilə təchizat işləri sürətlə aparılır. Eyni zamanda Ermənistanla sülh danışıqları barədə danışan Cənab Prezident sülh təklifimizlə Ermənistanın razılaşmaq məcburiyyətində olduğunu bildirdi. Çünki Ermənistan Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmi qəbul edib. Eyni zamanda Cənab Prezident 1991 ci il Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanın sərhədlərinin tamlığının təmin olunmalı olduğunu vurğulayıb.
Qarabağ Ermənistandır və nöqtə deyən Ermənistan rəhbərliyi artıq Qarabağı Azərbaycanın tərkib hissəsi olduğunu tanıyıb və qəbul edib. Prezident İlham Əliyev Qarabağa ikinci Vətən Müharibəsi zamanı gələn Serjik Sarkisyanı, Robert Koçaryanı və Seyran Ohanyanı qovmuşuq və hal hazırda bütün işğaldan azad olunan ərazilərimizdə eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan bayrağının dalğalandığını bir daha vurğuladı. Separatçı və revaşist quvvələr anlasınki bir gün onların başı üzərində Azərbaycan bayrağı dalğalana bilər. Həmçinin İrəvanda çempionatda qalib olan və qələbəsini Azərbaycana həsr edən Qəmzə və Cansu xanıma bir daha Cənab Prezident öz təşəkkürünü bildirib.
Ceyran Novruzova
114 nömrəli tam orta məktəbin direktoru Əməkdar müəllim