Infoteka.az
Sosial

Dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri

Dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək, vətəndaşlarımızın rifahını yaxşılaşdırmaqdan ibarətdir.

Ulu Tanrı tərəfindən xalqımıza nicat yolu kimi bəxş edilən ümummilli lider Heydər Əliyev canı qədər sevdiyi doğma Azərbaycanımızı son yarım əsrə yaxın bir dövrdə hərtərəfli inkişaf etdirdi, dayanıqlı, müqavimətli, perspektivli bir dövlət kimi formalaşdırdı. Onun rəhbərliyi altında davamlı inkişaf yolu keçən ölkəmiz iqtisadi firavanlığın, sosial dayanıqlığın, ictimai-siyasi sabitliyin mərkəzinə çevrildi və bu, hər bir azərbaycanlının gündəlik həyat tərzinin yaxşılaşmasında özünü göstərdi.

Heydər Əliyevin idarəçilik metodologiyası öyrənildikcə, onun bu sahədə də yenilikləri üzə çıxır. Hazırda Azərbaycanda aparılan iqtisadi quruculuq işləri göstərir ki, onun başladığı işlərin davam etdirilməsi ilə yanaşı, uzaq gələcək üçün nəzərdə tutduğu planlar da həyata keçirilməkdədir.

Azərbaycanın 1969 - cu il dən bəri yaşanan dövrü xalqımızın tarixinə " Heydər Əliyev dövrü " kimi əbədi həkk olunub . Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olub. Məhz ötən əsrin 70 - ci illərindən başlayaraq ölkədə kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər əldə edilib, sənayenin dinamik yüksəlişini təmin etmək üçün geniş miqyaslı struktur islahatları həyata keçirilməyə başlanılıb.

              Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə respublika iqtisadiyyatının dirçəldilməsi və surətli inkişafı üçün böyük işlər görülmüş, hər il on minlərlə yeni iş yerlərinin açılmasına imkan verən iri sənaye müəssisələri istifadəyə verilmiş, iqtisadiyyatın demək olar ki, bütün sahələrində nəqliyyat və rabitədə, kənd təsərrüfatında, ticarət və ictimai iaşədə əsaslı inkişafa nail olunmuş, kənd rayonlarının, respublikanın şəhər və qəsəbələrinin abadlaşdırılması, yollar salınması, yeni sosial obyektlərin-məktəblər, xəstəxanalar, poliklinikalar, uşaq bağçaları və.s inşa edilməsinə xüsusi fikir verilmişdi.

Məlumdur ki, Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur. 1969-1982-ci illərdə xalq təsərrüfatının bu aparıcı sahəsində sözün həqiqi mənasında misli görünməmiş yüksək nailiyyətlər əldə edilmişdir. Həmin illərin sosial-iqtisadi inkişaf xronikasına diqqət edərkən bunu açıq şəkildə görə bilərik. 1982-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 1969-cu illə müqayisədə 2,5 dəfə artmışdır. 1982-ci ildə 1211,3 min ton taxıl, 558,9 min ton pambıq, 1815,6 min ton üzüm, 916,7 min ton tərəvəz, 57,0 min ton tütün, 345,0 min ton meyvə və giləmeyvə istehsal olunmuşdur.

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti ölkəmizin hərtərəfli yüksəlişinə bir neçə istiqamətdə təkan olmuşdur. Məhz 1969-1982-ci illərdən başlanan həmin dəstək sonralar müstəqillik illərini də əhatə etməklə, onun siyasi fəaliyyətinin Naxçıvan MR dövrünü və 1993-cü ildən ölkəmiz miqyasında davamından ibarətdir. Sanki Ulu Tanrı xalqımızı ən çətin anlardan xilas etmək üçün bu tarixi şəxsiyyəti xilaskar kimi göndərmişdi.

Heydər Əliyev məntiqindəki müstəqillik dialektikası öz dərinliyi, yeniliyi və konkretliyi ilə diqqəti cəlb edir .

Ümumiyyətlə, Heydər Əliyevin iqtisadi baxışlarında bir birini tamamlayan iki məqam nəzərə çarpır : 1 ) iqtisadiyyatın bütün sahələrində islahatlar aparmaq və bu islahatlar vasitəsi ilə ölkə iqtisadiyyatını inkişaf etdirmək ; 2 ) mövcud iqtisadi potensialdan istifadənin səmərəsini təxirəsalmadan yüksəltmək, onun dağılmasına yol verməmək və bu potensialı bütün Azərbaycan xalqının sərvəti kimi respublikamızın vətəndaşlarının, əhalinin bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına yönəltmək .

Belə ki, müstəqillik şəraitində, heç kimə ümid olmadan iqtisadiyyatımızı düzgün qorumağı, öz sərvətlərimizdən səmərəli istifadə etməklə dövlətçiliyimizi möhkəmləndirməyi, özü də təkcə siyasi - mənəvi deyil, həm də maddi nəticələr əldə etməklə insanların həyat səviyyəsini yaxşılaşdırmağı əsas şərt sayan  Ulu Öndər Heydər Əliyev deyir : " Müstəqillik ona görədir ki, biz öz taleyimizin sahibi olaq, öz sərvətlərimizin sahibi olaq və bu sərvətlərdən istifadə edərək xalqımız daha yaxşı yaşasın "

Bu gün Azərbaycan iqtisadiyyatı heyrət doğuracaq sürətlə inkişaf edir. Eyni zamanda yüksək iqtisadi tərəqqinin keyfiyyət çalarlarına malik olan bu göstəricilər kifayət qədər çoxdur . Ən əsası isə göz qabağında olan nəticədir : xalqın sosial - rifah səviyyəsi gündən günə yüksəlir

Bu gün Azərbaycanda inkişaf və sabitlik var. Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıbdır.

Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir.

 

Vüsalə Qasımova

Suraxanı Heyder Eliyev Mərkəzinin Böyük elmi işçisi

Infoteka.az