Infoteka.az
Dünya

8 saat tənhalıq 8 saat aclığa bərabərmiş

Vyana Universiteti alimləri tərəfindən aparılan araşdırmada tənhalığı sevməyən insanların özlərini necə hiss etdikləri yazılıb.

Alimlər yeni bir araşdırma ilə tənhalığın orqanizmə aclıq kimi təsir etdiyini ortaya çıxarıblar.

Vyana Universiteti alimləri tərəfindən aparılan araşdırmada tənhalığı sevməyən insanların özlərini necə hiss etdikləri yazılıb. 

Araşdırmaya görə, 8 saat tənhalıq 8 saat aclığa bərabərmiş.

“WebTekno”da yazılana görə, aparılan testlərdə bu insanların uzun müddət tək qalanda enerjilərinin azalmağa başladığı, yorğunluq hiss etdikləri müşahidə olunub.

Araşdırmanın digər mühüm nəticəsi isə tənhalığın bioloji təsiridir. Alimlər enerjinin azalmasının bədənin homeostatik reaksiyasının nəticəsi olduğunu bildiriblər: sosial çatışmazlıq bioloji reaksiyaya çevrilir.

Alimlər laboratoriyada və kənarda iki ayrı araşdırma aparıblar. Laboratoriya mühitində 30 qadın könüllü ya 8 saat yemək yeməyib, ya da üç gün boyu 8 saat tək qalıb. Sonra onların necə hiss etdiklərinə dair rəy toplanıb.

Tədqiqat “Covid-19” dövründə Avstriya, İtaliya və Almaniyadan olan şəxslərin məlumatları əsasında araşdırılıb.

2020-ci ilin aprel-may ayları məlumatlarında insanların təcrid vəziyyətində daha çox yatdığı bildirilib. Bu adamlardan laboratoriya mühitindəki araşdırmada verilən suallara smartfonlarından cavab vermələri istənilib.

Sahə tədqiqatında qida faktoru sınaqdan keçirilməsə də, təcrid olunduqdan sonra əldə edilən məlumatlar laboratoriya məlumatlarına uyğun gəlib.

Qeyd edək ki, bu günə qədər aparılan bəzi araşdırmalarda təkliyin piylənmə kimi sağlamlıq problemlərinə təsiri deyilmişdi.

Yalnızlığın zamanla daha çox alışmağa meylli olduğu da bildirilib.

Infoteka.az