Burada olmağımdan və bu Anlaşma Memorandumunu imzalamaqdan çox məmnunam. Əməkdaşlıq və həmrəylik bir il ərzində nə etdiklərimizə cavabdır.
Bunu Rumıniya energetika naziri Vircil Daniyel Popesku Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumunun Sofiya şəhərində keçirilən imzalanma mərasimində deyib.
“Memorandumu imzaladıqdan sonra edəcəyimiz və etməli olduğumuz çox şey var. Növbəti qışda qarşılaşacağımız çağırışlar olacaq. Düşünürəm ki bu memorandum Türkiyə, Ukrayna və Moldova kimi ölkələr üçün də qapılarını açıq saxlamalıdır. Təbii ki, bu həmrəylik memorandumu çərçivəsində biz onlarla da əməkdaşlıq etməliyik. Biz böyük böhranlarla üzləşirik, lakin birlikdə onlara güc gələ bilərik”, - nazir qeyd edib.