ABŞ Prezidenti Co Bayden gələn il ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək.
Bayden seçkilərdə namizədliyini irəli sürəcəyini bu gün rəsmən təsdiqləyib.
“Dörd il əvvəl prezidentliyə namizədliyimi irəli sürəndə dedim ki, biz Amerikanın ruhunu qorumaq uğrunda döyüşdəyik və biz hələ də bunu davam etdiririk. Qarşımızda dayanan sual isə ondan ibarətdir ki, qarşıdakı illərdə biz daha çox azadlığa sahib olacağıq, yoxsa yox. İndi arxayınlaşmaq vaxtı deyil”, - deyə Bayden seçicilərinə videomüraciətində deyib.