Infoteka.az
Sosial

Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası ləğv edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası ləğv edilib.

Bu Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası haqqında” qərarına etdiyi dəyişiklikdə əksini tapıb. Qərara əsasən, bu komissiya ləğv olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyasının tərkibi aşağıdakı kim idi:

Komissiyanın sədri

Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının rəhbəri

Eyni zamanda Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi haqqında” qərarına etdiyi dəyişikliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi də ləğv edilib.

Infoteka.az