Infoteka.az
Siyasət

Azərbaycan XİN Kanada XİN rəhbərinin bəyanatına cavab verib

Aprelin 25 də Kanadanın xarici işlər naziri Melani Colinin Azərbaycan tərəfinin Azərbaycan-Ermənistan sərhədində Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı bəyanatı ciddi narahatlıq doğurur.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Kanada tərəfi bilməlidir ki, Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəd-buraxılış məntəqəsinin yaradılması bütün beynəlxalq qaydalar çərçivəsində Azərbaycanın qanuni hüququdur.

 

Muminat Şirinova

Infoteka.az