27 aprel tarixindən istehsal tarixi 10 ildən çox olan avtomobillərin Azərbaycana gətirilməsi qadağan olunacaq.
Qeyd edək ki, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov 29 mart 2023-cü il tarixində qərar imzalayıb.
Muminat Şirinova