Sudanda ordu ilə Xüsusi Təyinatlı Qüvvələr arasında silahlı toqquşmalar baş verib.
Nəticədə ölənlərin sayı 500 nəfəri aşıb.
“Report” xəbər verir ki, Sudan Səhiyyə Nazirliyinin məlumatına görə, aprelin 15-də başlayan və 11 ştatda baş verən qarşıdurmalarda indiyədək 512 nəfər həyatını itirib, 4 193 nəfər yaralanıb.
Ölkənin paytaxtı Xartum şəhərində xəstəxana, xəstəxana və ya poliklinikaların cəmi 16 faizi işləyir.
Muminat Şirinova