Xaricdəki Türkiyə vətəndaşlarının səsverməsi başlayıb, bunun üçün dünyanın 75 ölkəsində 156 seçki məntəqəsi yaradılıb.
Mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi başlayıb.
Türkiye parlament və prezident seçkiləri üçün Azərbaycandakı diplomatik nümayəndəliklərindəki seçki məntəqələri mayın 5-də Bakı vaxtı ilə saat 09:00-da açılacaq.
Səsvermə Türkiyənin Bakıdakı səfirliyində (Səməd Vurğun küçəsi 134), Gəncədəki Baş Konsulluğunda (M.A. Abbaszadə 6) və Naxçıvandakı Baş Konsulluğunda (Heydər Əliyev küçəsi 17) keçiriləcək.
Muminat Şirinova