Qarabağda Lentsov, Volkov və Moskvanın digər rəsmi nümayəndəleri ilə Azərbaycanın iki rəsmi nümayəndələri arasında görüş keçirilib.
Erməni mətbuatının iddialara əsasən, General-polkovnik Aleksandr Lentsov danışıqlar zamanı Azərbaycanın nəzarət-buraxılış məntəqəsini yığışdırmasına və rentgen skanerlərinin quraşdırılmasına nail olmaq istəyir.
Lentsovun məqsədi, Qarabağa daxil olan yük maşınları birbaşa Rusiya sülhməramlılarının nəzarəti altında yoxlanılsın və Azərbaycan tərəfi prosesi təmassiz izləsin.
Muminat Şirinova